Всем приветулька!
Как делишки? Вот кто живет в Баку и понимает это вам!
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən rus bölməsində Azərbaycan dili imtahanının keçirilməsi ilə əlaqədar elan edilmiş sənəd qəbulu 18 mart 2007-ci il tarixdə başa çatmışdır. Abituriyentlər sənədlərini 2007-ci il mart ayının 14-dən etibarən 5 gün müddətində təqdim etmişlər.
Azərbaycan dili imtahanı üçün sənədlərini təqdim etmiş abituriyentlərin ümumi sayı 8372 nəfər olmuşdur.
İmtahan aprelin 7-də Bakı və Naxçıvan şəhərlərində, eləcə də digər bölgələrdə keçiriləcək.
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” və “Abituriyentin vəsiqəsini”ni sənədlərini bilavasitə təqdim etdikləri Sənəd Qəbulu Komissiyalarından 4, 5, 6 aprel 2007-ci il tarixlərində ala bilərlər.
Aprelin 7-də keçirilən imtahanda iştirak etməyən, yaxud həmin imtahandan məqbul ala bilməyən abituriyentlərə iyun ayında təkrar imtahanda iştirak etmək imkanı veriləcək.
Rus bölməsi üzrə ali təhsil almaq arzusunda olan abituriyentlər yalnız Azərbaycan dili imtahanından məqbul aldıqları təqdirdə ali məktəblərə sənəd vermək hüququ qazanacaqlar.