Fikirli gəlirəm, dalğın
gəlirəm,
Qayğılı gözlərin çəkir
şəklimi.
Bəzən gec gəlirəm,
yorğun gəlirəm
Bitirsən qapıda bənövşə
kimi...
Bəlkə min suçumu
bilmisən mənim,
Birini üzümə
vurmamısan heç.
Eyhamla üzümə
gülmüsən mənim,
Birce yol üzümə
durmamısan heç.
Hər kəs taleyile gəlir
həyata,
Demirəm, ürəyi yumşaq
olmuşam.
Dəcəl uşaqlara mülayim
ata,
Səninçün ən dəcəl uşaq
olmuşam.
Sənsən dağlar kimi
səbrlə dözən
Bəlkə tərəddüdlə çox
döyüşmüsen.
İsti bir sevgiden
yazmişam bəzən,
Soyumuş çayımı sən
dəyişmisən...
Üzümdə kədərdən bir iz
görəndə,
Şirinim olmusan, acım
olmusan.
Qohumdan, tanışdan pis
üz görəndə
Sən anam olmusan,
bacim olmusan.
Bir kövrək şeirimdən
gözlərin dolub,
Nə deyim, özgədən çox
yazıb qələm.
Nə qədər düyünlü
günümüz olub,
Düyünlü qaşını
görməmişəm mən...
Bir əlin mətbəxdə
qabda-qaşıqda,
Bir gözün istide, tüstüdə
olub.
Bir əlin beşikdə oğul-
uşaqda,
Bir gözün həmişə
üstümdə olub.
Yollar çarpaz-çarpaz,
yollar qarışıq...
Gecə yol gedirəm qulağı
səsdə.
Bizim pəncərədən
süzülən ışıq-
Gözümün nurudur
yolumun üstə.
Fikirli gəlirəm, dalğın
gəlirəm,
Qayğılı gözlərin çəkir
şəklimi.
Bəzən gec gəlirəm,
yorğun gəlirəm
Bitirsən qapıda bənövşə
kimi..