Mən səni sevirdim səndən xəbərsiz,
Niyə bu məhəbbət cavabsız oldu?
Deyəsən, bu sevgim sənə gərəksiz,
Sənsiz dərdiyim gül sənsiz də soldu...
Mən səni sevirdim səndən xəbərsiz,
Nədən bu sevgimə cavab vermədin?
Sevgisiz bu dünya məncə dəyərsiz
Mən səni sevsəm də, sən heç sevmədin...
Çarəsiz... neyləyim, heç bilməyirəm...
Qalmışam tək-tənha, qalmışam sənsiz,
Hər kəsə məlumdur səni sevirəm,
Ancaq ki sevirəm səndən xəbərsiz...
Sevgi yaşamağın, bil, mənasıdır,
Dünyada yaşamaq olmaz sevgisiz,
Məhəbbət saflığın bir aynasıdır,
Saflıqla sevirdim, səndən xəbərsiz...
Sevgi ümid verir hər bir sabaha,
Mənsə bu ümiddən məhrumam sənsiz,
Düşünmə ki, səni sevmirəm daha,
Yenə də sevirəm... SƏNDƏN XƏBƏRSİZ...